Argentina millisinin və "İnter Mayami"nin superulduzu Lionel Messi indiyədək gördüyü ən yaxşı futbolçunun adını açıqlayıb.
Fanat.Az "Sport Bible" nəşrinə istinadən xəbər verir ki, 37 yaşlı hücumçu Braziliya yığmasının sabiq üzvü Ronaldonu fərqləndirib:
"Gördüyüm bütün futbolçular arasında Ronaldonu hamıdan üstün sayıram. O, fenomen idi".
Qeyd edək ki, Ronaldo 2011-ci ildə karyerasını başa vurub. İspaniyada "Real Madrid", "Barselona", İtaliyada "Milan" və "İnter" kimi klubların formasını geyinmiş sabiq hücumçu 1997 və 2002-ci illərdə "Qızıl top" mükafatını qazanıb.