AZ

Sabiq kansler xəstəxanaya yerləşdirilib

Almaniyanın keçmiş kansleri Gerhard Schröder emosional yorğunluq səbəbindən xəstəxanaya yerləşdirilib . Vətəninfo.az xəbər verir ki, bu barədə DPA agentliyi Şröderi müşayiət edən həkimin DPA – ya təqdim etdiyi açıqlamaya istinadən məlumat verib .

” Cənab Şröder güclü emosional tükənmə sindromundan əziyyət çəkir , səciyyəvi əlamətlər güclü tükənmə və açıq şəkildə enerji çatışmazlığıdır ” . Bundan əlavə , ” konsentrasiya və yaddaşla bağlı çətinliklər , həmçinin yuxu pozğunluqları ” var ” , – həkim qeyd edib . O , həmçinin ” emosional sabitliyin aşağı düşdüyünü ” qeyd edib .​​​​​​​​​​​​​​​

Şröderin vəkili Hans-Piter Huber bu məlumatı təsdiqləyib. O, ailəsi adından ictimaiyyəti Şröderin şəxsi toxunulmazlıq hüququna hörmət etməyə çağırıb.

Seçilən
6
veteninfo.az

1Mənbələr