Fevralın 17-dən 21-dək Əbu-Dabidə (Birləşmiş Ərəb Əmirlikləri) IDEX 2025 beynəlxalq silah və müdafiə texnologiyaları sərgisi keçiriləcək.
Herbiand.az xəbər verir ki, sərgidə iştirak edəcək “Kalaşnikov” konserni ilk dəfə olaraq ən yeni “Krona-E” qısa mənzilli zenit-raket kompleksini təqdim edəcək.
Hava hücumundan müdafiə raket sistemi mühüm dövlət və infrastruktur obyektlərini hava hücumundan mühafizə etmək, anbar ərazilərindəki xüsusi yükləri və strateji kommunikasiyalar üzrə strukturları qorumaq üçün nəzərdə tutulub.
Kompleksin əsas hədəfləri düşmənin orta təbəqədən olan pilotsuz uçuş aparatları olacaq.
“Krona-E” sisteminə aşkarlama, idarəetmə və avtomatlaşdırılmış mobil döyüş maşınları və ya silahlarla təchiz edilmiş və vahid sistemə inteqrasiya olunmuş stasionar döyüş modulları daxildir. Sistemdə 9M340 və 9M333 zenit raketlərindən istifadə edilir.
Bəxtiyar CƏFƏRLİ