AZ

Diplomsuz çalışan stomatoloqlara nəzarət necə həyata keçirilir? VİDEO

Ölkədə geniş yayılan tibbi xidmət növündən biri də stomatoloji müalicədir. Həm paytaxtda, həm də bölgələrdə bu ixtisas üzrə həkimlərə böyük tələb var. Lakin Burada çalışan ağ xalatlıların hansı tibb müəssisəsində təhsil aldığı, hansı ixtisasa yiyələndikləri, dişlə bağlı bütün prosedurları etmək ixtiyarında olduqları bəlli deyil.

Xezerxeber.az-ın xəbərinə görə, üz çənə cərrahı implantoloq Tural Mirzəyev bildirir ki, həmin həkimlərdən zərərçəkənlər az deyil.

Onlar xəstələrdə bir sıra problemlər yaradırlar ki, hətta bəzən müalicəsi belə

Tibbi məsələlər üzrə ekspert Adil Qeybulla isə deyir ki, bu kimi problemlərin qarşısını almaq üçün vahid sistemin yaradılması vacibdir. Xüsusilə bölgələrdə saxta diplomla işləyənlər çoxdur.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən  bildirildi  ki, stomatoloji ixtisas üzrə lisenziya tələb olunduğundan, bu xidmət yalnız sertifikasiya şəhadətnaməsi icra edilə bilər. Cərrahi stomatoloji iş üzrə lisenziya icazəsi olmayan şəxslər dişlərin çəkilməsi, ağız boşluğuna uyğun implantların yeridilməsi kimi əməliyyatları icra edə bilməz.

Mərkəzdən o da bildirildi ki, xüsusən regionlarda hələ də qeyri-qanuni fəaliyyət göstərənlər mövcuddur və onlar barədə müvafiq tədbirlər görülür.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
4
xezerxeber.az

1Mənbələr