Ajans.az xəbər verir ki, Orban fikirlərini fevralın 4-də X sosial şəbəkəsində bildirib.
Sosial şəbəkələrdə siyasətçi fevralın 3-də Trampın andiçmə mərasimindən sonra Brüsseldə keçirilən ilk Aİ sammitini şərh edərək, onu “qəribə toplantı” adlandırıb. O, qeyd edib ki, Brüsseldə hamı Tramp tornadosunun yaxınlaşdığını hiss edir, lakin çoxu hələ də ondan qaçmağa ümid edir, baxmayaraq ki, bu, mümkün deyil.
Orbanın sözlərinə görə, prezident vəzifəsinin icrasına başladıqdan cəmi 14 gün ərzində Tramp yalnız bir neçə addım atmaqla, o cümlədən Ukrayna və Rusiya arasında hərbi münaqişəyə dəstəyi dayandırmaqla dünyadakı vəziyyəti kökündən dəyişdirə bilib.
Baş nazir deyib ki, ABŞ gender çılğınlığı, qlobalist təşkilatların maliyyələşdirilməsi, qeyri-qanuni miqrasiya və Rusiya-Ukrayna münaqişəsinə dəstək verməklə məşğuldur. O vurğulayıb ki, Brüsseldəki bürokratların son illərdə tətbiq etməyə çalışdıqları hər şey nəhayət ki, başa çatıb.
Orban həmçinin hesab edir ki, Trampın Ağ Evə qayıtması qlobal ticarətdə ciddi dəyişikliklərə səbəb olacaq və Aİ üçün böyük problemlər yaradacaq. Tramp Avropanın hesabına belə Amerikanın maraqlarını müdafiə edəcək, Brüsseldə bürokratlar üçün çətin aylara gətirib çıxaracaq.
Bundan əvvəl ABŞ prezidenti Kiyevlə hərbi yardımın Ukraynanın nadir torpaq ehtiyatlarına dəyişdirilməsini nəzərdə tutan sazişin mümkünlüyünü nəzərdən keçirib. Tramp qeyd edib ki, Kiyev artıq sövdələşməyə razılaşıb.