AZ

“SİMA İmza” herrac.gov.az portalına inteqrasiya edilib

Bakı. Trend:

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki“AzInTelecom” MMC tərəfindən yaradılmış SİMA yeni nəsil rəqəmsalimza “Elektron Hərrac Portalı”na inteqrasiya olunub.

İnteqrasiya nəticəsində herrac.gov.az portalında keçirilənelektron hərraclarda protokolların “SİMA İmza” mobil tətbiqisayəsində məsafədən imzalanması mümkün olub. Vətəndaşlar portaladaxil olduqdan sonra məhkəmə və digər orqanların qərarlarınınicrası ilə bağlı hərraca çıxarılan avtomobil, mənzil, qeyri-yaşayışsahəsi, fərdi yaşayış evi və s. satışı ilə bağlı hərraclardaiştirak edə bilərlər.

Hərrac başa çatdıqdan sonra tərəflər qanunla müəyyən edilmişmüddətdə protokolu “SİMA İmza” ilə imzalayırlar. Protokolimzalandıqdan sonra bu barədə hərrac iştirakçılarına elektronbildiriş göndərilir.

Xatırladaq ki, buna qədər vətəndaşların herrac.gov.az portalınadigital.login vahid giriş sistemi üzərindən “SİMA İmza” ilə girişitəmin edilmişdi. Sonuncu inteqrasiya sayəsində isə hərracprosesində təqdim olunan protokolların heç yerə getmədən, sürətli,rahat və etibarlı şəkildə “SİMA İmza” ilə imzalanması təminolunub.

SİMA yeni nəsil rəqəmsal imza ilə vətəndaşların xidmətmərkəzlərindən asılılığına son qoyulur, qurumların iş yükü vəxərcləri azalır. “SİMA İmza” mobil tətbiqini yükləməklə əldə olunanyeni nəsil rəqəmsal imza vətəndaşlar üçün ödənişsizdir. Dahaətraflı məlumatı sima.az saytındanvə “157” Zəng mərkəzi ilə əlaqə saxlayaraq əldə etmək olar.

Seçilən
14
16
az.trend.az

10Mənbələr