“Hər şeyi öz adı ilə çağırsaq, bu, yardımı satın almaq təklifidir. Onu əvəzsiz olaraq göstərməyə davam etmək deyil, kommersiya əsası ilə təmin etməkdir. Təbii ki, ən yaxşısı (Ukraynaya) ümumiyyətlə yardım göstərməmək və bununla da bu münaqişənin sona çatmasına töhfə verməkdir”.
“AzPolitika” xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
Bununla da o, ABŞ Prezidenti Donald Trampın Ukraynaya silah verilməsi əvəzində bu ölkədən nadir metalların və digər təbii resursların alınmasına dair niyyətinə narazılığını bildirib.
“AzPolitika.info”