Əlcəzairli yarımmüdafiəçi İsmael Bennaser "Milan"dan Fransanın "Marsel" klubuna keçib.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
27 yaşlı futbolçu cari mövsümün sonuna kimi Liqa 1-də icarə əsasında çıxış edəcək.
Bennaser bu mövsüm "rossonerilər"in əsas oyunçusu olmayıb, "Milan" komandasının heyətində bütün yarışlarda cəmi 8 oyun keçirib. Fransa çempionatının 20 turundan sonra "Marsel"in 40 xalı var. Provans komandası lider PSJ-dən on xal geri qalaraq turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.