Bakı, 4 fevral, AZƏRTAC
ABŞ-ın telekommunikasiya operatoru AT&T (T.N) və Finlandiyanın “Nokia” şirkəti səs rabitəsini yaxşılaşdırmaq və 5G şəbəkəsinin avtomatlaşdırılmasını təkmilləşdirmək üçün müqavilə çoxillik müqavilə imzalayıb.
AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, ötən ilin sentyabr ayında da “Nokia” ilə AT&T arasında ABŞ-da şirkətin simsiz şəbəkəsini (şəbəkənin 70 faizini əhatə edən) qurmaq üçün müqavilə imzalanmışdı.
Şirkətdən bildirilib ki, “Nokia” üçün vacib olan bu müqavilə 5G funksiyalarını təmin edəcək texnologiyaları əhatə edir. Həmçinin AT&T-in əsas şəbəkəsinin təkmilləşdirilməsi yeni səs xidmətlərinin istifadəyə verilməsini təmin edəcək.
“Nokia” şirkəti isə açıqlaması zamanı bildirib ki, AT&T-in əsas şəbəkəsinin təkmilləşdirilməsi ilə yeni səs xidmətlərinin istifadəyə verilməsi, süni intellekt və “machine learning”in inteqrasiya edilməsi ilə - mümkün olacaq.
Şirkətlər müqavilənin dəyərini açıqlamayıb.