İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış üzrə I Dövlət Proqramı dövlətimizin başçısının tapşırığına əsasən uğurla icra olunur. Dövlət Proqramının Tədbirlər Planına uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən məlumatlandırma, təbliğat-izahat və təşviqat işləri çərçivəsində sənət adamlarının, müxtəlif sahələrdə çalışan ziyalıların və gənclərin iştirakı ilə fləş-moblar hazırlanır.
Bu barədə AZƏRTAC-a Dövlət Komitəsindən məlumat verilib.
Qeyd olunur ki, onlar görülən işlərə, Böyük Qayıdışa münasibət bildirir, geri qayıdan əhaliyə mənəvi dəstək ifadə edirlər. Hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə 30 minə yaxın insan yaşayır.
Dövlət Komitəsi tərəfindən hazırlanmış video-fləş-mobu təqdim edirik: https://www.youtube.com/watch?v=iVs1Aj47ocg