AZ

Stoltenberq Norveçin yeni maliyyə naziri oldu

NATO-nun sabiq baş katibi Yens Stoltenberq Norveçin yeni maliyyə naziri təyin edilib.

“Qafqazinfo” “Reuters”ə istinadən xəbər verir ki, Stoltenberq məlumatı təsdiqləyib.

“Bizim üzləşdiyimiz hazırkı problemləri diqqətlə nəzərdən keçirərək, mən Baş nazir Yonas Qar Styorun xahişini qəbul etmək qərarına gəldim. Lakin MünhenTəhlükəsizlik Konfransının sədri vəzifəsinə və digər öhdəliklərimə səlahiyyət müddətim başa çatdıqdan sonra qayıdacağam. Vətənimə xidmət etdiyim müddətdə məni müvəqqəti olaraq vəzifəmdən azad etmək qərarına görə cənab Styora minnətdaram”, - deyə o bildirib.

Stoltenberq NATO-ya rəhbərlik etməzdən əvvəl Norveçin Baş naziri olub.

Qeyd edək ki, 2014-cü ildən NATO-nun Baş katibi olub. Onun mandatı 2024-cü il sentyabrın 30-da başa çatıb. Oktyabrın 1-dən Stoltenberqi Niderlandın keçmiş baş naziri Mark Rutte əvəz edib.

Seçilən
46
3
qafqazinfo.az

4Mənbələr