Bakı. Trend:
Hal-hazırda ABŞ-nin Kubada yerləşən Quantanamo hərbi bazasında300-dən çox hərbçi var və onlar qanunsuz miqrantların saxlanılmasıüçün nəzərdə tutulan mərkəzin hazırlanmasında iştirak edirlər.
Trend xəbər verirki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, 310 hərbçi, o cümlədən 170 dəniz piyadalarıkorpusunun hərbi qulluqçuları bazanın ərazisində çadırlar vəçarpayılar quracaq və miqrantların saxlanılması üçün nəzərdətutulan infrastruktur obyektlərinin yaradılmasına cəlbolunacaqlar.
Qeyd edilir ki, bundan əvvəl ölkənin yerli KİV-ləri qanunsuzmiqrantların müvəqqəti saxlanılma mərkəzinin işlək vəziyyətəgətirilməsi üçün Pentaqonun Quantamoya 500-ə yaxın hərbçigöndərəcəyini yazmışdı.