Bakıda yol nişanının vəziyyəti ilə bağlı problem yol hərəkəti üzrə ekspert Elməddin Muradlının diqqətini çəkib. O, paytaxtın Əli bəy Hüseynzadə küçəsində yerləşən və dayanma-durmanı qadağan edən 3.27 yol nişanının standartlara uyğun olmadığını aşkarlayaraq bununla bağlı videogörüntü qeydə alıb.
Avtosfer.az xəbər verir ki, nişan köhnəldiyindən onun üzərindəki qırmızı çərçivə solaraq ağ rəngə çevrilib. Bu isə sürücülərin nişanı qavramasını çətinləşdirir, eyni zamanda yol hərəkətinin təşkili baxımından ciddi nöqsan hesab edilir.
Qanunvericiliyə əsasən, yol hərəkətinin təhlükəsizliyinə cavabdeh olan qurumlar nişanların vəziyyətini mütəmadi olaraq yoxlamalı və yararsız hala düşmüş nişanları vaxtında yeniləməlidir. Ekspertlər bildirirlər ki, görünüşü pozulmuş və funksionallığını itirmiş yol nişanlarına görə sürücüləri cərimələmək düzgün deyil.
Fərid