AZ

“Boeing”dən13 illik minimum

“Boeing” korporasiyası 2024-cü ildə müştərilərə cəmi 348 təyyarə təhvil verib. 

Avtosfer.az xəbər verir ki, bu, 2011-ci ildən indiyədək ən aşağı göstəricidir. Halbuki, onun yeganə rəqibi “Airbus” ötən il 766 hava gəmisini sifarişçilərə çatdırıb. Avropalı istehsalçı təchizat çətinliklərinə rəğmən istehsalı artırmağa nail olub. 

Ümumilikdə 2024-cü il “Boeing” üçün çətin olub. Keyfiyyət problemlərinə görə şirkətin bəzi təyyarələrinin istismarı dayandırılıb. Əsas müəssisənin yerləşdiyi Sietl şəhərində əməkdaşların sentyabrın 13-də başlayan tətili 50 gün davam edib. Bütün müəssisələr üzrə istehsal prosesinin tam bərpası dekabrın son həftəsində mümkün olub. 

Bununla belə, şirkətin sifarişləri kifayət qədər çoxdur. Dekabrın 31-nə təsdiqlənmiş sifariş sayı 6245 təyyarədir. İş nə qədər sürətlənsə də, sifarişlərin gecikməsi qaçınılmazdır.

Vüqar Yaşaroğlu

Seçilən
18
avtosfer.az

1Mənbələr