AZ

Zəlzələ bölgəsinə hər cür yardım göstərilir - Altun

Bakı, TurkicWorld

Türkiyənin Rabitə direktoru Fahrettin Altun, 6 fevral zəlzələsindən sonra iki il ərzində zəlzələ bölgəsinə təxminən 75 milyard dollar (2,6 trilyon lirə) sərmayə qoyulduğunu və 2025-ci il büdcəsindən 584 milyard lirənin bölgənin dirçəldilməsinə ayrıldığını açıqlayıb.

TurkicWorld xəbər verir ki, o bu açıqlamanı Ekologiya, Şəhərsalma və İqlim Dəyişikliyi Naziri Murat Kurumun iştirakı ilə təşkil edilən tədbirdə verilib.

Altun çıxışında 6 fevral 2023-cü il tarixində baş verən ardıcıl güclü zəlzələlərin 11 vilayət, 62 rayon və 10,190 kənddə böyük dağıntılara səbəb olduğunu vurğulayıb. 14 milyon insanın bu fəlakətdən təsirləndiyini xatırladan Altun, 53 mindən çox insanın həyatını itirdiyini və onların xatirəsinə rəhmət dilədiyini bildirib.

O, indiyədək 201,500 evin zəlzələdən zərər çəkən vətəndaşlara verildiyini də bildirib.

Altun vurğulayıb ki, dövlətin və millətin birliyi sayəsində bərpa və yenidənqurma işləri sürətlə aparılır. Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə axtarış-xilasetmə, infrastrukturun bərpası və sosial yardım proqramları dərhal həyata keçirilib. 650 mindən çox dövlət məmuru, qeyri-hökumət təşkilatları və könüllülər bölgədə fəaliyyət göstərib.

Altun, zəlzələ bölgəsində şəhərlərin, sənaye sahələrinin, təhsil və səhiyyə müəssisələrinin, nəqliyyat və rabitə infrastrukturunun yenidən qurulduğunu və millətin həmrəyliyinin dünya üçün nümunə olduğunu qeyd edib.

Seçilən
8
turkic.world

1Mənbələr