AZ

ABŞ-də Trampa qarşı etirazlar təşkil edildi

ABŞ-nin Los-Anceles şəhərində nümayişçilər Prezident Donald Trampın miqrasiya siyasətinə etiraz ediblər. Metbuat.az xəbər verir ki, Meksika və Salvador bayraqları qaldıran etirazçılar Los-Anceles küçələrində yürüş keçirib. Etirazçılar Trampın miqrasiya siyasətini ləğv etməsini tələb ediblər.

Qeyd edək ki, ABŞ-dəki qanunlara görə, ölkədəki qanunsuz mühacirlər order olmadan saxlanıla bilər. Prezident Donald Tramp seçki kampaniyası vaxtında qanunsuz miqrantların ölkədən çıxarılacağını bəyan etmişdi. ABŞ-Meksika sərhədində təhlükəsizlik tədbirlərini artırmaq üçün Tramp yeni sərəncam imzalayıb və sərhədə əlavə 1500 əsgər göndərmək qərarına gəlib. Artıq minlərlə miqrant ölkədən deportasiya edilib. Onların arasında Meksikadan gələn qaçqınlar çoxluq təşkil edir.

Seçilən
1
metbuat.az

1Mənbələr