AZ

Sümükləri bərkidir, qanazlığını aradan qaldırır - Bu iki qidanı qarışdırıb yeyin

Sümükləri bərkidir, qanazlığını aradan qaldırır -

Sağlam həyat tərzi üçün düzgün qidalanma vacibdir. Xüsusilə bəzi qidaların birlikdə istehlakı onların təsirini artıraraq sağlamlıq üçün daha çox fayda təmin edir.

Emlakbazari.az

E-saglam.az bildirir ki, bəkməz və qatıq bu cür qidalardan biridir – birlikdə istehlak edildikdə, bədəni gücləndirən, enerji verən və sağlamlığı dəstəkləyən təsir göstərirlər.

Bəkməz və qatığın birlikdə faydaları

Qidalanma dəyəri ilə zəngindir

Qatıq protein, kalsium və probiotiklərlə zəngin olduğu halda, bəkməz təbii enerji mənbəyi olmaqla yanaşı, dəmir, maqnezium və kalium kimi minerallarla orqanizmi təmin edir. Xüsusilə üzüm və tut bəkməzi dəmir çatışmazlığı üçün faydalıdır.

Qan yaradıcı xüsusiyyətlərə malikdir

Qatıq və bəkməz birlikdə istehlak edildikdə, orqanizmin dəmiri daha yaxşı mənimsəməsinə kömək edir. Bu qarışım qan azlığı olan insanlar, hamilə qadınlar və böyüməkdə olan uşaqlar üçün əhəmiyyətlidir.

İmmunitet sistemini gücləndirir

Qatığın tərkibindəki probiyotiklər bağırsaq sağlamlığını qoruyur və immuniteti gücləndirir. Bəkməz isə bədəni xəstəliklərə qarşı qoruyan vitamin və minerallarla zəngindir.

Enerji və güc verir

Bəkməz sürətli enerji mənbəyi kimi çıxış edir, qatıq isə qan şəkərini tarazlaşdırır. Xüsusilə idmançılar və fiziki fəaliyyətlə məşğul olanlar üçün ideal qidadır.

Sümük sağlamlığını dəstəkləyir

Qatığın tərkibindəki kalsium osteoporoz riskini azaldır, bəkməz isə kalsiumun daha effektiv istifadəsini təmin edir. Bu qarışım yaşlı insanlar üçün xüsusilə tövsiyə edilir.

Şirin ehtiyacını qarşılayır

Qatıq və bəkməz təbii, sağlam və qidalandırıcı bir desert alternatividir. Rafinə şəkər tərkibli şirniyyatlar əvəzinə sağlam qəlyanaltı kimi istehlak edilə bilər.

Həzm sistemini rahatlaşdırır

Qatıq bağırsaq mikroflorasını tənzimləyir, bəkməz isə yüngül işlətmə təsiri göstərərək qəbizliyin qarşısını alır.

Necə istehlak etməli?

1 kasa qatığa 1-2 xörək qaşığı bəkməz əlavə edərək ləzzətli və sağlam qarışım hazırlaya bilərsiniz.
Gündəlik istehlak miqdarına diqqət edin, xüsusilə şəkər xəstələri həkim məsləhəti ilə istifadə etməlidirlər.
Bu qarışımı balanslı və müntəzəm qidalanma planınıza daxil etmək sağlamlığınıza müsbət təsir edəcəkdir.

Bəkməz və qatıq birlikdə sağlam həyatın ayrılmaz hissəsi ola bilər. Bu möcüzəvi qarışımı pəhrizinizə əlavə edərək həm enerji toplaya, həm də bədəninizin ehtiyac duyduğu qidaları təmin edə bilərsiniz.

Tərcümə: Könül Oruc

E-saglam.az 


Seçilən
4
e-saglam.az

1Mənbələr