14 Fevral Sevgililər gününə demək olar ki, az müddət qalıb. Bu günü xüsusi şəkildə qeyd etmək istəyənlər artıq restoranlarda rezervasiya etməyə başlayıblar.
Referans.az xəbər verir ki, restoran sahiblərinin sözlərinə əsasən, paytaxtın bir çox restoranlarında menyu qiymətləri digər günlərlə eynidir. Lakin məhz sevgililər gününə özəl bəzi xidmətlər təklif olunur ki, bu xidmətlər üşçün əlavə ödəniş tələb olunur.
Bu xidmətlərə masaların bəzədilməsi, günün mahiyyətinə uyğun tortların hazırlanması və s. daxildir. Həmçinin bir neçə gün əvvəldən rezervasiya üçün də əlavə beh tələb edən restoranlar mövcuddur.
Daha ətraflı süjetdə: