AZ

Moskvada ən köhnə mənzil satışa çıxarıldı - QİYMƏT

Moskvanın ən köhnə mənzil 99 milyon rubla (1,683 milyon manat) satılır. 

 

 

Sfera.az Rusiya mediasına əsasən xəbər verir ki, sözügedən mənzil 1795-ci ildə tikilən çoxmənzilli binada yerləşir. Mənzilin sahəsi 174 kvadrat metrdir.
Ekspertlərin hesablamalarına görə, 2025-ci ilin yanvar ayında paytaxtın mərkəzində təkrar bazarda 1900-cü ilə qədər tikilmiş binalarda ümumilikdə 233 mənzil satılır.

 

Ötən ilin martından bu ilin yanvarınadək olan dövrdə belə mənzillərin sayı 9,3 faiz və ya 24 əmlak azalıb. 

 

Qeyd edək ki, Moskvada ən bahalı mənzilin dəyəri dörd milyard rubldur (68 milyon manat).

 

Vasif
 

Seçilən
5
sfera.az

1Mənbələr