AZ

AŞPA-nın subyektiv yanaşma əsasında Gürcüstan xalqının iradəsinə qarşı çıxması qəbuledilməzdir – ŞƏRH

Bakı. Trend:

Avropa Şurası Parlament Assambleyası (AŞPA) uzun illərdir,demokratiya və insan haqlarının müdafiəçisi kimi çıxış edir. Lakinzaman keçdikcə bu qurumun siyasi yanaşmalarında ikili standartlarınartdığı, ölkələrin daxili siyasətinə müdaxilə cəhdləriningücləndiyi müşahidə olunur. Bunun ən son nümunəsi Gürcüstannümayəndə heyətinin AŞPA-dakı fəaliyyətlərini dayandırmaqqərarıdır.

Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin deputatıSevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, AŞPA-nın Gürcüstanda yeni parlamentseçkilərinin keçirilməsi və “siyasi məhbus”ların azad olunmasınıtələb edən qətnamə qəbul etməsi ədalətsizdir:

“Qətnamədə Gürcüstan hakimiyyətindən qarşıdakı aylarda yeniseçkilər elan etmək, nümayişçilərə qarşı güc tətbiqini,jurnalistlərə, vətəndaş fəallarına qarşı hüquqi mexanizmlərdənistifadəni dayandırmaq, “xarici agentlər” qanununu geri çəkməktələb olunub. Hakim “Gürcü Arzusu” Partiyasından qeyd ediləntələbləri aprel ayınadək yerinə yetirməsi tələb olunur. Belə birşəraitdə Gürcüstan nümayəndə heyətinin qurumdakı fəaliyyətinidayandırdığını bəyan etməsi doğru addımdır. Çünki subyektiv yanaşmaəsasında, bir milli dövlətin və onun xalqının iradəsinə qarşıçıxmaq qəbuledilməzdir”.

Onun sözlərinə görə, Gürcüstan nümayəndə heyətinin rəhbərinin bubarədə açıqlaması bir sıra mühüm suallar doğurur:

“AŞPA həqiqətən, obyektiv və qərəzsiz beynəlxalq institutdursa,niyə bəzi ölkələrə qarşı sərt mövqe tutur, digərlərinə isə eyniprinsipləri tətbiq etmir? Gürcüstanın hakim partiyası açıq şəkildəbildirir ki, bu qurum müəyyən dairələrin maraqlarını həyatakeçirmək üçün alətə çevrilib və onun qərarları daha çox siyasiməqsədlərə xidmət edir. Həqiqətən də, belədir. GürcüstanınAŞPA-dakı fəaliyyəti dayandırması bu qurumun son illərdə apardığısiyasətə qarşı artan narazılığın bir hissəsidir. Gürcünümayəndələrinin əsas narahatlığı, AŞPA-nın obyektivliyini itirməsivə bəzi ölkələrə qarşı siyasi təzyiq mexanizminə çevrilməsidir.

Deputat əlavə edib ki, bu təkcə Gürcüstana aid olan bir məsələdeyil, Azərbaycan da AŞPA-nın ikili standartları ilə dəfələlərləüzləşib.

“Ermənistan Azərbaycanın torpaqlarını uzun illər işğal altındasaxladığı halda, qurum bu təcavüzkar ölkəyə qarşı heç bir qərarqəbul etməyib. Əksinə, Azərbaycana qarşı insan haqları vədemokratiya bəhanəsi ilə müxtəlif sənədlər qəbul ediblər.Dövlətimiz özünün ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdənsonra isə AŞPA Azərbaycana qarşı daha da aqressivləşdi. Ötən ilinyanvarında qurumun qəbul etdiyi qərar bunun göstəricisidir. LakinAzərbaycan güclü dövlətdir və dövlətimizlə heç kim diktə dilindədanışa bilməz. Ölkəmiz qurumun ədalətsiz qərarına qarşı adekvataddımını atdı”, - deyə o bildirib.

Sevinc Fətəliyeva qeyd edib ki, son illərdə başqa ölkələr də,məsələn Türkiyə, Macarıstan və Polşa AŞPA-nın bəzi qərarlarınaqarşı etirazlar səsləndiriblər:

“Bütün bunlar onu göstərir ki, AŞPA müəyyən dairələrin əlindəalətə çevrilib. Bu da həmin qurumun beynəlxalq təşkilat kimiimicinə güclü zərbə vurur. Ona görə də təşkilat öz gələcəyini ciddidüşünməlidir”.

Milli Məclisin deputatı Tural Gəncəliyev isəTrend-əaçıqlamasında bildirib ki, Gürcüstan nümayəndə heyətinin AvropaŞurası Parlament Assambleyasındakı fəaliyyətinə xitam verməsihaqqında qərar təqdirəlayiqdir:

“Çünki Gürcüstan da Azərbaycan kimi çox böyük təzyiqlərə məruzqalır. AŞPA Avropa Şurasına üzv olan, Parlament Assambleyasındatəmsil olunan ölkələrə qarşı diqtə yolu ilə danışır, özlərininsadiq olduğu demokratik prinsip, dəyərlərə uyğun hərəkət etmir.Onsuz da Azərbaycan nümayəndə heyəti olaraq biz də bu ikiüzlü,riyakar, ədalətsiz yanaşmanın şahidi olmuşuq. AŞPA-ya ilk dəfə özlayiqli yerini göstərən Azərbaycan nümayəndə heyəti olub. Bizimləşərtlərlə, diqtə yolu ilə danışılmasının yolverilməz olduğunubildirmişdik və tərk etmişdik. AŞPA Gürcüstanla bağlı qəbul etdiyimüvafiq sənəddə şərt qoyur ki, ölkədə yenidən parlament seçkilərikeçirilməlidir, yenidən seçkilərə baxılmalıdır və s. AŞPA-nıntələbləri, mövqeyi o qədər anti-demokratik istiqamətdə inkişaf edirki, insanda təəccüb doğurur”.

Millət vəkili vurğulayıb ki, AŞPA artıq təzyiq alətinəçevrilib.

“Ölkələrin AŞPA-ya üzvlüyünü yenidən seçkilərin keçirilməsi,onların daxili işlərinə qarışmaqla şərtləndirirlər. Avropa siyasidairələrinə tabe olan, onların dediyi ilə oturub duran, komformistsiyasət aparan ölkələrlə heç bir problemi yoxdur. Kim ki, müstəqilsiyasət aparır, öz dəyərlərinə sadiqdir, ənənəvi dəyərlərindən vazkeçmir, onlara qarşı nə qədər çirkin, qarayaxma kampaniyalarıaparır. Gürcüstandakı parlament, prezident seçkilərindən sonra buölkəyə təzyiqlər çoxdur. Son zamanlar xüsusilə Fransa, onunəlaltıları, “liberal” dəyərlər adı altında özünü təqdim edənqüvvələr müstəqil xarici siyasət aparan ölkələr, Azərbaycana,Gürcüstana qarşı təzyiqlər edirlər ki, Avropanın dəyərləriçərçivəsində özlərini uyğunlaşdırsınlar. Bu isə tamamiləqəbuledilməzdir. AŞPA bu kimi addımları, gedişləri ilə özünü ifşaedir. Artıq neçənci ölkədir ki, AŞPA sıralarını tərk edir. AŞPAözünü əvvəllər “xristian klubu” kimi təqdim edirsə, indi isəliberal dəyərlərə söykənib konservativ dəyərləri dağıdan, insani,bəşəri dəyərlərə qarşı çıxış edən klub kimi çıxış edir”, - deyədeputat qeyd edib.

Seçilən
3
az.trend.az

1Mənbələr