AZ

NAXÇIVANDA XƏSTƏXANA İŞÇİLƏRİNİN MAAŞLARI KÜTLƏVİ ŞƏKİLDƏ AZALDILIB – “Artıq bu qədər olmaz, aksiya keçirəcəyik...”

Naxçıvan Muxtar Respublikasında yerləşən xəstəxanalarda çalışan tibb və qeyri-tibb işçilərinin maaşlarının azaldılması ciddi narazılıqlara səbəb olub.

Bu barədə Naxçıvandakı tibb müəssisələrində çalışan bir qrup şəxsin “AzPolitika”-ya ünvanladığı müraciətdə bildirilir.

Məlumata görə, sözügedən azalmalar Naxçıvanda və ətraf rayonlarda yerləşən xəstəxanalarda çalışan tibbi bacılarını, inzibati və idarəetmə, texniki xidmət, eləcə də sanitarlar və təmizlik işçilərini əhatə edib. Yerli Səhiyyə Nazirliyinin bu barədə bütün tibb müəssisələrinə göndərdiyi xəbərdarlıqdan sonra həkimlər istisna olmaqla, bu kateqoriyadan olan bütün şəxslərə ödənən həvəsləndirici əlavələr yarıba-yarı azaldılıb. Səbəb kimi isə maaşların “normadan artıq olması” göstərilir.

Uzun illərdir Sədərək rayon Mərkəzi Xəstəxanasında çalışan, lakin müəyyən səbəblərdən adının çəkilməsini istəməyən bir tibb bacısı “AzPolitika”-ya müraciətində bildirib ki, sözügedən səhiyyə müəssisəsində həkimlər istisna olmaqla, bütün çalışanların maaşlarında azalma olub:“Tibb bacıları, texniki və icbari işçilərin hamısının maaşı kəsilib. Əməkhaqlarımız hesablanıb, hazırdır. Sadəcə imza çəkib maaşı almaq qalır. Lakin verilən məbləğ azaldıldığından heçkim imza çəkmək istəmir. Mənim maaşım ölkə başçısının minimum əməkhaqqı və maaşların artırlması ilə bağlı qərarından əvvəl 555 manat idi. Yeni artımlarla birlikdə 655-656 manat civarında maaş almalı idim. Lakin mənə ödənilən həvəsləndirici əlavələr 50 faiz kəsildiyi üçün maaşımın 587 manat olacağını bildirdilər. Yəni, maaşım 100 manat artmalı idisə, cəmi 32 manat artıb. 70 manata yaxın bir məbləğ isə əsassız şəkildə kəsilib. Digər çalışanların da maaşlarında müxtəlif bəhanələrlə bu cür tutulmalar olub”.

Həmin xəstəxanada fəhlə kimi çalışanadının çəkilməsini istəməyən şəxs isə sözügedən maaş artımının ona aid edilməməsindən şikayətlənir:“Əvvəl 483 manat maaş alırdımsa, indi də həmin məbləğ olduğu kimi qalıb. Heç bir artma və ya azalma olmayıb. Səbəb kimi isə maaşımın zatən yüksək olduğunu, bu səbəbədən mövcud artımın mənə şamil edilməyəcəyi bildirilib. Başa düşə bilmirəm qazın, işığın, suyun və digər xidmətlərin qiyməti artanda şamil edilir, amma maaşın artırılmasına gələndə bizə şamil olumur? Naxçıvadna bu cür absurd bir vəziyyət hökm sürür”.

Seçilən
0
2
azpolitika.info

3Mənbələr