Son bir neçə gündə qiymətlərin enməsinin əsas səbəbi nə ola bilər?
Bununla bağlı Demokrat.az-a iqtisadçı Akif Nəsirli məlumat verib.
O deyib ki, bu, Azərbaycan televiziyalarının dezinformasiyasıdır:
“Ola bilər ki, ətin qiyməti 1 manat düşüb, ucuzlaşıb. Məsələn, hazırda 14 manata ət almaq olar, amma 12 manata bazarda ət yoxdur. Ümumiyyətlə, Bakı şəhərində 16 manata dana əti satılmayıb. Ola bilsin ki, yeni il qabağı ətin kilosu 15 manat, 15 manat 50 qəpik olub. İndi də ola bilsin ki, idxalın təsirindən qiymətlər enib. Bildiyimiz kimi, ölkəmizə Rusiyadan iribuynuzlu heyvanlar idxal olunur. İdxalın çox olması bazarda bolluq yaranmasına şərait yaradıb. Bu zaman da qiymət 1 manat ucuzlaşıb. 3-4 manat ucuzlaşma isə Azərbaycan yerli televiziyalarının dezinformasiyasıdır. Bu tipli xəbər yayılanda qəssablar qiymətləri aşağı salmır”.
Leyla Turan
Demokrat.az