"Ermənistanın Zəngəzur dəhlizi ətrafında manipulyasiyalarının göstəricilərindən biri bu ölkənin baş naziri Nikol Paşinyanın irəli sürdüyü "Sülh kəsişməsi" layihəsidir. Belə bir təşəbbüsü irəli sürməklə N.Paşinyan özünün və ölkəsinin sülhpərvər obrazını yaratmağa, regionda münasibətlərin normallaşdırılmasına tərəfdar olduqlarını beynəlxalq ictimaiyyətə sübut etməyə çalışır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Səbinə Salmanova deyib: "Lakin cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi bu dırnaqarası layihənin Azərbaycansız iki qəpiklik də qiyməti yoxdur. Yəni Azərbaycan olmadan regionda Ermənistan keçməklə hər hansı qlobal layihə reallaşa bilməz. Ona görə qlobal layihələrdə iştirak etmək üçün Ermənistan ilk növbədə Azərbaycana müraciət etməli, ölkəmizin şərtlərinə, o cümlədən Üçtərəfli Bəyanatın şərtlərinə əməl etməlidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi Ermənistan öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirərək Azərbaycandan Azərbaycana maneəsiz keçid verməlidir".Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik.
055 634 88 31