Bu fikirləri siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova Olaylar.az-a açıqlamasında bildirib:
"İstər Şimal-Cənub Nəqliyyat Dəhlizinin, istərsə də Araz çayı boyunca yol-nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi və su elektrik stansiyalarının tikintisi layihələrinin siyasi agendada aktiv saxlanılması hədəfə doğru gedildiyini bir daha sübut edir.
Hədəfə gedən yolda paslı məftillər də qırılır. Bu, həm siyasi arenadan silinən təsisatlar, həm də şəxslər fonunda daha aydın görünür. Siyasətçilərə kompromotlar qurmaq məqsədilə qonorarların ayrılması, heroinin yetişdirilməsinə maliyyə dəstəyinin verilməsi, Soros tərəfindən maliyyələşən müxtəlif təyinatlı şəxslərə və qruplara yardım edən, müstəqil, milli maraqlar üzərindən siyasət yürüdən dövlətlərdə inqilablara dəstək verən, guya müxtəlif xəstəliklərin qarşısının alınması məqsədilə seminarlar təşkil edən, həqiqətdə isə pul silməklə məşğul olan USAID-in mövcud aqibəti çox yüksək dəyərləndirilməlidir. Vaxtilə Nikol Paşinyanın ümid etdiyi Bayden və Blinkendən sonra USAID-in taleyi ondan xəbər verir ki, destruktiv siyasət də, onu ayaqda tutmağa çalışan növbəti qüvvələrin də başı əzilir. Emmanuel Makronun da maskası Fransanın daxilində daha da yırtılır. Belə ki, onun
üçüncü dəfə hakimiyyət postunu tutması üçün Konstitusiya Şurasının sədri vəzifəsinə Riçard Ferranın təyinatı ölkədə təsadüfi gediş olmadığı reallığı qədər, birmənalı olmayan, narazılıqla qarşılanıb. Paşinyanın yeganə ümidi Makrona qalıb ki, onun özünün işi ümidsiz görünür. Bayden və Blinken administrasiyasını gah o yana, gah bu yana inandırmağa müvəffəq olan, müqabilində həmin administrasiyanın da Paşinyanı gah elə, gah belə fırlatmasının ardından Donald Trampla görüş üçün cəhdlər etməsi puça çıxacaq. Paşinyan kor-peşman üzünü Fransaya tutacaq ki, bəlkə yenə Makronun əlindən-ətəyindən yapışsın. Məqsəd Azərbaycana qarşı olan planları yenidən nəzərdən keçirmək, köhnə planlar üzərində korrektələr etmək, yeni gedişlər düşünməkdir. Azərbaycan Prezidenti isə son dərəcə aydın mövqe ortaya qoyaraq konkret şərtlər irəli sürdü ki, imzalanmış müqavilələrə xitam verilməli, silahlar geri qaytarılmalıdır. Regionda destruktiv siyasət yürütmək istiqamətində atılan addımların da, addım atanların da sonunu özləri gətirəcək".
Zeynəb Rzayeva