Bakı. Trend:
Böyük Britaniyanın baş naziri Kir Starmer Ukrayna cəbhəsindəvəziyyətin sabitləşməsi üçün Kiyevə yardımların həcmini artırmağaçağırıb.
Trend xəbər verirki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.
Baş nazirin sözlərinə görə, Ukraynanın müttəfiqləri onunmüdafiəsinə dəstək olmaq üçün əllərindən gələn hər şeyietməlidirlər. Belə olacağı təqdirdə, bu cəbhə xəttində vəziyyətinsabitləşməsinə, ukraynalı hərbçilərin lazımı qaydada təlim keçib,bütün lazımı avadanlıqlarla təchiz olunmalarına imkan verəcək.
Britaniyalı baş nazir Avropa ölkələrinin rəhbərlərindənUkraynaya dəstək üçün səyləri aktivləşdirməyi tələb edib.