Fevralın 4-də ruslar ballistik raketlə İzyum şəhərinə hücum ediblər. Dörd nəfər ölüb.
Editor.az bildirir ki, bu barədə Xarkov vilayət hərbi administrasiyasının rəhbəri Oleq Sinegubov Telegram-da məlumat verib. “Düşmən İzyuma zərbə endirib. İlkin məlumatlara görə, işğalçılar ballistik raketdən istifadə ediblər.
4 nəfər həlak olub, 17 nəfər yaralanıb, onlardan 5-i tibb müəssisəsinə yerləşdirilib”, – xəbərdə deyilir. “Truxa Xarkov” Telegram kanalının yazdığına görə, 12.09-a olan məlumata görə, zərərçəkənlərin sayı 20 nəfərə çatıb.
//Samir Qurbanov, Editor.az