AZ

"Milan"da yeni oyunçu

İtaliyanın "Milan" klubu "Fiorentina"dan 25 yaşlı hücumçu Rikkardo Sottili icarəyə götürdüyünü açıqlayıb. 

News24.az xəbər verir ki, forvard "rossonerilər"də 99 nömrə altında çıxış edəcək.

2016-cı ilin fevralından "Fiorentina" çixiş edən Sottili "Peskara" və "Kalyari"də də icarə əsasında çıxış edib. Bu mövsüm Rikkardo bənövşəyilər üçün bütün turnirlərdə 25 oyun keçirib, 5 qol vurub və 3 məhsuldar ötürmə edib.

Cinah oyunçunun Fiorentina ilə hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir. Transfermarkt internet portalı oyunçunun bazar dəyərini 6 milyon avro qiymətləndirir.

Ağa Dadaşzadə


Seçilən
29
news24.az

1Mənbələr