Sosial imkanları aşağı olan ailələr çox vaxt övladlarının təhsili ilə bağlı narahatlıq keçirir. Belə olan halda da bir çox bölgələrdə valideynlər övladlarının təhsilinə külli miqdarda xərc çəkəcəəyini düşünməsi səbəbilə 8-9-10-cu siniflərdən uşaqlarını məktəbdən çıxarıb əməyə cəlb edirlər. Bəs belə ailələrdən olan uşaqların təhsil imkanlarının yaxşılaşdırılmasında hansı təhsil siyasəti və proqramları daha effektiv ola bilər? Bu siyasət və proqramlar uşaqların təhsil keyfiyyətinin yüksəldilməsinə və onlar üçün daha yaxşı təhsil imkanlarının yaradılmasına necə kömək edir?
Mövzu ilə bağlı təhsil eksperti Elmin Nuriyev Avtosfer.az-a bildirib ki, yoxsul ailələrin övladlarının təhsil imkanlarının genişləndirilməsi üçün dünya təcrübəsindən yararlanmaq vacibdir:
“Bu istiqamətdə Türkiyə, Rusiya və Gürcüstanda həyata keçirilən dövlət proqramlarını misal göstərmək olar. Bu ölkələrdə aztəminatlı ailələrin uşaqlarının təhsilini və təhsilini artırmaq məqsədi ilə xüsusi layihələr həyata keçirilir və bu layihələr təkcə dövlət proqramları çərçivəsində deyil, həm də onların dəstəyi ilə həyata keçirilir.
Bu sahədə Təhsilin İnkişafı Fondu da fəaliyyət göstərir və müəyyən layihələr həyata keçirilir. Lakin bu proqramların daha geniş miqyasda, sistemli və ardıcıl şəkildə həyata keçirilməsi zəruridir. Məsələn, əlil ailələri bilməlidir ki, övladları altı yaşına çatanda təhsil almaqda heç bir problem yaşamayacaqlar”.
Elmin Nuriyev əlavə edib ki, məktəb ləvazimatlarının bahalaşmasının valideynlər üçün əlavə yük olduğunu da qeyd edib:
“Bu istiqamətdə özəl şirkətlər cəmiyyət də sosial məsuliyyət daşımalıdır. Bu gün bəzi şirkətlər sosial layihələr çərçivəsində imkansız ailələr üçün məktəb ləvazimatları verirlər. Lakin bu, pərakəndə şəkildə deyil, daha sistemli və geniş miqyaslı layihə çərçivəsində həyata keçirilməlidir. Bununla da bundan faydalanan ailələrin sayı artır. bu yardımlar artacaq və təhsilin keyfiyyətinə müsbət təsir edəcək.
Sosial baxımdan həssas əhali qrupuna aid kateqoriyadan olan tələbələr də Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına sosial təhsil tələbə krediti ala biləcəklər:
• Ailə başçısını itirməyə görə əmək pensiyası alan tələbələr;
• Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak edərək “Müharibə veteranı” adı almış tələbələr.
Qeyd edilən dəyişikliyə qədər mövcud qanunvericiliyə əsasən sosial təhsil tələbə kreditlərinin əhatə dairəsi ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri; orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, hər iki valideyni itirən şəxsləri əhatə edirdi. Tək valideyni olduqda isə həmin şəxs aşağıda qeyd olunan kateqoriyaların hər hansı birinə aid olmalı idi:
Orqanizmin funksiyalarının 61-80 və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər;
İşsiz kimi qeydiyyatda olanlar;
Yaşa görə əmək pensiyası alanlar;
Yaşa görə sosial müavinət alanlar.
Təhsilin keyfiyyətinin yüksəldilməsi üçün həm dövlət, həm də cəmiyyət tərəfindən tədbirlər görülməsi vacibdir”.
Elcan Zülfüqaroğlu