NATO-nun keçmiş Baş katibi Yens Stoltenberq Norveçin yeni maliyyə naziri təyin edilib.
Valyuta.az "Reuters"ə istinadən xəbər verir ki, onun təyinatını Norveç hökuməti təsdiq edib.
Qeyd edək ki, Stoltenberq NATO-dakı vəzifəsindən öncə Norveç hökumətinə rəhbərlik edib. 2014-cü ildən isə NATO-nun baş katibi olub. Onun mandatı 2024-cü il sentyabrın 30-da başa çatıb. Oktyabrın 1-dən Stoltenberqi Niderlandın keçmiş Baş naziri Mark Rutte əvəz edib.