AZ

Rusiya qoşunlarının Kupyansk istiqamətində irəliləyişi dayandırılıb

Rusiya Federasiyasının qoşunları Xarkov vilayətinin Kupyansk istiqamətində hücum əməliyyatları həyata keçirsə də, nəticəsiz qalıb.

Bu barədə fevralın 4-də Telegram-da Ukrayna Silahlı Qüvvələrinin “Xortitsa” əməliyyat-strateji qüvvələri qrupu məlumat yayıb. İşğalçılar xüsusilə Petropavlovka, Novaya Kruglyakovka və Zaqrızovo ərazilərində irəliləməyə cəhd ediblər.

“Müdafiə qüvvələrinin bölmələrinin aktiv atəşi nəticəsində düşmən məskunlaşan ərazilərdən birinin yaxınlığındakı ön mövqelərini tərk etməyə məcbur olub”, – məlumatda deyilir. OSGV əlavə edib ki, kəşfiyyat məlumatlarına görə, işğalçı ordunun komandanlığı şəxsi heyəti güllələməklə hədələyərək mövqelərinə qaytarmağa çalışır.

//Samir Qurbanov, Editor.az

Seçilən
5
editor.az

1Mənbələr