AZ

Əlisa Nicatdan şok açıqlama: Bağırov Səməd Vurğunu ölümdən necə qurtarıb...

“Dünyada Stalinə Səməd Vurğun qədər yaltaqlanan ikinci bir insan olmayıb”. 

Bunu “Cebheinfo.az”a açıqlamasında məşhur şair, yazıçı, filosof, tərcüməçi, fəxri fəlsəfə doktoru Əlisa Nicatın deyib.

Onun sözlərinə görə, Səməd Vurğunun yeganə faydalı yazısı “Azərbaycan” şeiridir:

“Səməd Vurğunun pərəstişkarları çoxdur. Onu müdafiə edirlər. Məgər dövrün tələbi ilə satqın olmaq olar? Səməd Vurğun deyirdi ki, Stalin eşqiylə nə qədər sağam, Stalin eşqinə yaradacağam. Dünyada yeganə “yaltaq”lıq poemasını Səməd Vurğun yazıb. O boyda Xalq şairi, bəs onun vicdanı haradadır? Səməd Vurğun nə mənim düşmənimdir, nə də yerlimdir, nəyimə lazım. Mən həqiqəti deyirəm. Səməd Vurğunun "26-lar" poemasını yazıb, Şaumyanı mədh (tərifləmək, vəsf etmək) edib.

Səməd Vurğun SSRİ xalqlarını məhv edən, onları sürgün edən, mədəniyyətini yox edən Kommunist Partiyasına xüsusi poema yazıb. Dünyada hələ belə alçaqlıq edən yoxdur. Pərəstişkarları həmin o poemaları oxusunlar.

Bunları deyən təkcə mən deyiləm. İnternetə baxın. Bunlar adi elementar faktı bilmirlər. Səməd Vurğun 38-ci ildə tutulanlar haqqında uzun-uzadı şeirlər yazıb. Hüseyn Cavid və başqaları haqqında imzasız məktublar yazıb.

Bundan əlavə? Səməd Vurğun tarixi təhrif edib. Əvvəla Vaqif heç vaxt Qacar ilə görüşə bilməz. Onu Qacarın qapısına buraxmazdılar. Kimdi Vaqif? O vaxt Vaqif kimilər kifayət qədər çox idi”.

Əlisa Nicat Səməd Vurğunu məhz ölümdən Mircəfər Bağırovun qurtardığını deyib:

“Mircəfər Bağırov nə qədər çalışıb ki, Cavidi və Müşfiqi qorusun amma bunu bacara bilməyib. Bunu mənə vaxtilə KQB-də (Sovet İttifaqının kəşfiyyat və məxfi xidməti) işləyən bir veteran illər sonra danışıb.

Deyirdi ki, günün birində Səməd Vurğunu KQB-yə gətirdilər. O zamanlar yeganə azərbaycanlı idi ki, orada işləyidi. Danşırdı ki, o bir tərəfdə oturub işləyirdi, Səməd Vurğun isə ayaq üstə dayanmışdı, rəngi də ağappaq olumuşdu. 

Amma Səməd Vurğunu həyatda sifəti qara idi. O vaxtlar Səməd Vurğunu ən tanınmış şair idi, hamı onu tanıyırdı.

Veteran qeyd edirdi ki, onun Mircəfər Bağırov arasında telefon xətti vardı. Şöbə müdirləri də erməni idi. Deyirdi ki, bu ərəfədə erməni otaqdan çıxıb harasa getdi və bu zaman o tez Mircəfər Bağırova zəng edərək məlumat verib. 

Yarım saatdan sonra KQB-yə Bağırov gəlib. Onun gəlişi hamını vəlvələyə salıb. 

Bu zaman erməni geri dönüb, Səməd Vurğunla bağlı məlumatın Mircəfər Bağırova kimin verdiyini soruşub. Amma boynuna alan olmayıb.

O deyirdi ki, Mircəfər Bağırova KQB-yə daxil olanda sonra Səməd Vurğunu orada görüb və ondan soruşub ki, burada nəynirsən? Erməni deyib ki, bunun əleyhinə yazılar var. Bu zaman Bağırov dönüb Səməd Vurğuna deyib ki, çıx get, bir də buralara gəlmə. Səməd Vurğun oradan gedib, beləcə canını qurtarıb”. 

Seçilən
32
cebheinfo.az

1Mənbələr