AZ

Ronaldodan Mbappeyə dəstək

Kriştiano Ronaldo sabiq klubu “Real”ın futbolçusu Kilian Mbappe haqda danışıb.

“Əl-Nəssr”in hücumçusu fransalı həmkarına dəstək verib.

39 yaşlı portuqaliya forvard madridli azarkeşlərdən fransalıya dəstək olmalarını istəyib:

“Real”ın azarkeşlərini Mbappeni dəstəkləməyə çağırıram. O, böyük oyunçudu. Əminəm ki, Mbappe yerli azarkeşlərə böyük sevinc bəxş edəcək. Kiliana çox isti münasibət bəsləyirəm. Bu, yalnız yeniyetmə yaşlarında onun mənə heyran olmasına görə deyil. Mən həqiqətən də Mbappenin əla futbolçu olduğunu düşünürəm”.

Kilian “Real”a ötən ilin yayında keçib. Onun Madrid klubu ilə müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdi. DÇ-2018-in qalibi bu mövsüm meydana çıxdığı 44 matçda 22 qol vurub və 4 məhsuldar ötürmə verib.
Seçilən
5
football-plus.az

1Mənbələr