AZ

Amerikalı neonasist lideri terror hücumunu planlaşdırmaqda günahkar bilinir

Amerikanın neonasist qruplarından birinin lideri Merilend ştatında enerji obyektlərinə terror hücumu planlaşdırmaqda təqsirli bilinib.

XəzərNews.az xəbər verir ki, bu barədə “CBS News” məlumat yayıb.

“Neonasist qruplaşmasının lideri Brendon Rassel Merilend ştatının enerji obyektlərinə hücum etməkdə təqsirli bilinib”,
- deyə məlumatda bildirilib.

Qeyd olunub ki, B. Rasselini 20 il həbs cəzası gözləyir.

Onun 2023-cü ildə Baltimor bölgəsindəki BGE obyektlərini partlatmağı və Merilend ştatının çox hissəsini elektriksiz qoymağı planlaşdırdığı güman edilir.

Aylin
XəzərNews.az


Xəbər 4 dəfə oxunub.
Seçilən
12
xezernews.az

1Mənbələr