AZ

Ermənistanın Qərbə inteqrasiyasından narahat olmalıyıqmı?

Kremlin yaxın aylarda müharibəni bitirmək planı yoxdur. Rusiya Baş Qərargahı yaya və ola bilsin ki, payıza qədər davam edəcək hərbi əməliyyatlar planlaşdırır.

“AzPolitika” xəbər verir ki, Amerika Müharibə araşdırmaları İnstitutunun (ISW) yeni hesabatında belə deyilir.

“Rusiya komandirləri çox güman ki, Vladimir Putinin Ukraynadakı müharibəni tezliklə bitirmək niyyətində olmadığına dair mülahizə və ya bilavasitə məlumatlar əsasında hərəkət edirlər”, - analitiklər qeyd edir.

Hesabatda qeyd olunur ki, xüsusən də Kupyansk-Borovaya-Liman xəttində rusların fəallığı artıb. Kupyanskı mühasirəyə almaq və Xarkov vilayətindəki digər əraziləri ələ keçirmək, Oskol çayı boyunca logistikanı saxlamaq üçün daha 30 kilometr irəliləmək lazım olacaq. Buna isə aylarla vaxt lazımdır. Ukrayna və Rusiya hərbi analitikləri ehtimal edirlər ki, Rusiya hərbi komandanlığı şimalda Vovçanskdan cənubda Kupyanska qədər bütöv cəbhə xətti qurmaq üçün Velikiy Burluk şəhərini ələ keçirməyi planlaşdırır. Hazırda rus qoşunları Velikiy Burlukdan 30-35 kilometr məsafədə yerləşir və bu şəhərə sürünə-sürünə çatmaq üçün onlara altı aydan bir ilə qədər vaxt lazım olacaq.

Putinin bəyanatlarını təhlil edən ISWbelə qənaətə gəlib ki, Rusiya Prezidenti Ukraynada qeyri-müəyyən müddətə davam edə biləcək tədricən, sürünərək tərəqqiyə əsaslanan qələbə nəzəriyyəsi formalaşdırıb. Bundan çıxış edən Putin düşünür ki, danışıqlar zamanı bütün istədiklərinin ona verilməsini tələb edəcək, ya da zamanla bunları hərbi yolla alacaq. Analitiklərin fikrincə, Rusiya hərbi komandanlığı öz planlarında açıq şəkildə bu mövqedən çıxış edir.

“AzPolitika.info”

Seçilən
6
azpolitika.info

1Mənbələr