"Milan" "Fiorentina"nın hücumçusu Rikkardo Sottini sıralarına cəlb edib.
Fanat.Az xəbər verir ki, məlumatı "qırmızı-qaralar"ın mətbuat xidməti yayıb.
25 yaşlı oyunçu icarəyə götürülüb. İtaliya nəhəngi sonradan müəyyən məbləğ ödəyərək onun transfer hüquqlarına sahib çıxa bilər.
Sottil 2016-cı ildən Florensiya təmsilçisinin strukturunda olub. O, icarə əsasında "Peskara" və "Kalyari"nin də formasını geyinib. Cari mövsüm "bənövşəyilər"in heyətində 25 matça çıxan Rikkardo 5 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı onun transfer qiymətini 6 milyon avro ilə dəyərləndirir. Sottilin "Fiorentina" ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub.
Nihat