AZ

107 heyvana təcavüzə görə 475 il həbs cəzası aldı

107 heyvana təcavüzə görə 475 il həbs cəzası aldı. Amerikanın Corciya ştatında it döyüşlərinin təşkilinə və heyvanlara qarşı amansızlığa görə bir kişi 475 il müddətinə azadlıqdan məhrum edilib. AzPost bildirir ki, bu barədə NBC telekanalı Corciya heyvan cinayətləri üzrə prokuror Cessika Rokun bəyanatına istinadən məlumat verib.

Adam it döyüşləri təşkil edir, eyni zamanda 107 iti zorlayırdı. Onların əksəriyyəti ciddi şəkildə arıqlamış, aclıq və susuzluqdan əziyyət çəkib.

İtlər ağır zəncirlərdə və bir-birinə o qədər yaxın saxlanılıb ki,  aqressivləşiblər. Heyvanların bir hissəsi yaşayış binasının zirzəmisində saxlanılıb. Orada heç kim onlara baxmayıb və yerlətini təmizləməyib.

Seçilən
7
azpost.info

1Mənbələr