Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ prezidenti Donald Trampın Ukrayna böhranının həllində əldə olunan irəliləyişlə bağlı sözlərini şərh edib.
Kremlin rəsmi nümayəndəsi jurnalistlərlə keçirdiyi brifinqdə deyib: “Bizim bu mövzuda əvvəllər dəfələrlə dediklərimizə əlavə edəcək heç nə yoxdur”.
Bir gün əvvəl Amerika lideri bəyan etmişdi ki, Ukrayna böhranının həllində “əhəmiyyətli irəliləyiş” əldə olunub. Lakin Tramp konkret olaraq nə demək istədiyini açıqlamayıb. Bundan əvvəl NATO-nun baş katibi Mark Rutte NATO-nun Ukrayna ilə bağlı danışıqlarda gizli taktikasına malik olmasından danışıb.
//Samir Qurbanov, Editor.az