AZ

Həbsxanada üsyan: ölənlər və yaralananlar var

Həbsxanada

Tacikistanın Vəhdat şəhərində həbsxanada iğtişaş baş verib.

Reyting.az
məlumatına görə, Tacikistan Ədliyyə Nazirliyi 9 məhbusun nəzarətçilərə kəsici alətlərlə hücum edərək həbsxanadan qaçmağa çalışdığını bildirib.

Açıqlamada hücum nəticəsində 3 həbsxana əməkdaşının yaralandığı, yaralıların vəziyyətinin stabil olduğu qeyd edilib. Təhlükəsizlik mənbələri iğtişaşlarda ən azı beş məhbusun öldüyünü bildirib.

Yerli mənbələrin məlumatına görə, üsyanı İŞİD terror təşkilatına dəstək verən məhbuslar başlayıb. Lakin hələlik məsələ ilə bağlı rəsmi açıqlama verilməyib.

Prokurorluq hadisə ilə bağlı araşdırmalara başlayıb.

V. QULİYEV
Seçilən
20
reyting.az

1Mənbələr