Bakı. Trend:
Ötən il Azərbaycanda 652,3 min ton karbamid istehsal edilib.
Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldəedib.
Məlumata əsasən, bu göstərici 2023-cü ildəki göstərici iləmüqayisədə 198,7 min ton və ya 43,8% çoxdur.
Belə ki, 2023-cü ildə ölkədə 453,6 min ton karbamid istehsalolunmuşdu.
Bu ilin yanvarın 1-nə Azərbaycanda hazır məhsul ehtiyatı 74,5min ton təşkil edib ki, bu da illik müqayisədə 19,2 min ton və ya34,7% çoxdur.
Qeyd edək ki, 2024-cü il ərzində Azərbaycanda kimya sənayesi,əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarınınistehsalı sahələrində 2,1 milyard manatlıq məhsul istehsaledilib.
2023-cü illə müqayisədə əczaçılıq məhsullarının istehsalı 81,5%,rezin və plastik kütlə məmulatlarının istehsalı 18%, kimya sənayesiməhsullarının istehsalı isə 6,5% artıb. Kimya sənayesiməhsullarından azot istehsalı 11,6%, metanol istehsalı 4,4%, rezinvə plastik kütlə məmulatlarından polietilendən başqa, digərplastmas kisələr və çantalar istehsalı 2,9 dəfə, məsaməli plastikkütlədən sair plastinlər, lövhələr istehsalı 40,3%, plastmasbutulkalar, flakonlar və oxşar məmulatlar istehsalı 22,6%,polietilendən kisə və çantalar istehsalı isə 5,9% artıb.