AZ

Tramp Ukraynaya nadir torpaq elementləri müqabilində dəstək təklif etdi…

Image

ABŞ prezidenti Donald Tramp Ukraynaya nadir torpaq elementləri müqabilində ABŞ-dan maliyyə yardımı almağı təklif edib. Ağ Evin mətbuat xidmətinin məlumatına görə, Tramp bu addımın Vaşinqtonun Kiyevə dəstəyini davam etdirməsi üçün vacib olduğunu bildirib. 

Ukrayna tərəfi ABŞ-la nadir torpaq elementlərinin birgə çıxarılması məsələsini 2024-cü il seçkiləri öncəsi “qələbə planı” çərçivəsində gündəmə gətirmişdi. Bu elementlərin ən əhəmiyyətliləri tantal, niobium, berilyum, sirkonium və skandiumdur. 

“Financial Times”ın məlumatına görə, Ukrayna prezidenti Zelenski bu planı Trampa və Konqresdəki Respublikaçılara təqdim edib və ABŞ-ın hərbi mövcudluğunun qismən Ukrayna qoşunları ilə əvəzlənməsi ideyası da müzakirə olunmuşdu.

Tramp budan əvvəl Ukraynaya qrant yox, kredit verilə biləcəyini demişdi.

TAHİR





Seçilən
11
baki-xeber.com

1Mənbələr