AZ

Dövlət Agentliyində 3 sədr müavini olacaq- FƏRMAN

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yaradılması haqqında” 2017-ci il 18 oktyabr tarixli 1638 nömrəli və “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2017-ci il 19 dekabr tarixli 1748 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Marja xəbər verir ki, Fərmana görə, Agentliyin İdarə Heyətinin tərkibi 4 nəfərdən - Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İdarə Heyəti sədrindən və 3 sədr müavinindən ibarətdir.

İndiyədək Agentliyin İdarə Heyətinin tərkibi 3 nəfərdən - Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İdarə Heyəti sədrindən və 2 sədr müavinindən ibarət idi.

 

 

Seçilən
6
marja.az

1Mənbələr