Olaylar.az xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Brüsseldə çıxışı zamanı deyib.
Siyasətçi vurğulayıb ki, o, Avropa İttifaqı üçün Rusiyanın aktivlərinin dondurulmasını uzatmağı son dərəcə vacib hesab edir. Bunun sayəsində fon der Leyen əmindir ki, Ukraynanı dəstəkləmək üçün yeni imkanlar açılacaq. AK rəhbəri konkret hansıların olduğunu açıqlamayıb.
"Biz indi Ukraynanı dəstəkləmək üçün bu aktivlərdən yaradıcı istifadə haqqında düşünməyə davam edə bilərik",- deyə o, bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31