AZ

Qazaxıstan gimnastikasının ulduzu yenidən Bakıda

Qazaxıstan komandası fevralın 22-23-də Bakıda keçiriləcək batut və tamblinq üzrə Dünya kuboku üçün heyətini müəyyənləşdirib.

İdman.biz xəbər verir ki, yarışa Azərbaycanda dəfələrlə fərqlənmiş Danil Mussabayev də gələcək.

O, 2023-cü ildə Bakıda keçirilən Dünya kubokunun qalibi, 2022-ci ildə isə bürünc mükafatçısı, həmçinin Olimpiya iştirakçısı olub.

Qazaxıstan komandasının heyətində həmçinin Nikita Timakov, Roman Barkov, Erlan Tasmaqambetov, Viktoriya Butolina (hamısı batut) və Aleksandr Romaxov (tamblinq) yer alıb.

İdman.biz

Seçilən
19
idman.biz

1Mənbələr