AZ

Seyidov: “Yerli futbolçuların mənafeləri qorunmalıdır”

Azərbaycan Premyer Liqasında yeni mövsümdə legioner limiti ləğv ediləcək. Bu barədə AFFA İcraiyyə Komitəsinin dünən baş tutan iclasında qərar qəbul edilib.

AFFA İcraiyyə Komitəsinin sabiq üzvü Yaşar Seyidov “FutbolPress“ə açıqlamasında qərarla bağlı fikirlərini bölüşdü:

“AFFA və Peşəkar Futbol Liqası (PFL) bu məsələni nəzarətə götürməlidir. Klubların bundan sui istifadəsinə imkan vermək olmaz. Səviyyəsi aşağı olan legionerlərin transferləri diqqətdə saxlanılmalı, mümkün qədər buna yol verilməməlidir. Əsası dövlət tərəfindən ayrılan maliyyənin legionerlərə verilməsinə məhdudiyyətlər qoyulmalıdır. Sponsorların vasitəsilə əcnəbilərin gəlişini məqbul hesab edirəm. Eyni zamanda yerli futbolçuya şans verən klublara stimullaşdırıcı bonusların verilməsi müsbət haldır. Yerli futbolçuların mənafeləri qorunmalıdır. Bunlar olmazsa, milli komandalarda oynamağa yerli futbolçular tapmaqda problemlər olacaq. Artıq qərar qəbul edilib və bundan sonra milliyə namizəd oyunçuların hüquqlarını qorumaq üçün mexanizm lazımdır. Məncə, AFFA Məşqçilər Komitəsinin üzvlərindən bu məsələdə yararlanmaq olar”.

Seyidov Premyer Liqada komanda sayının artırılmasına da toxundu:

“Çempionatda sayın artmasına müsbət yanaşıram. Komandalar daha ildə 4 dəfə bir-birilə ilə oynamazlar. Reqlamentdə dəyişikliklərin olacağını düşünürəm. 2 dövrədən sonra 1-6-cı sıralar çempionluğa, 7-12-ci yerlər isə elitada qalmaq üçün mübarizə aparsa, daha məqsədə uyğun olar”.

Şahin Cəfərov

Seçilən
2
futbolpress.az

1Mənbələr