AZ

Azərbaycan Dünya Kubokunun Bakı mərhələsinin heyətinə qərar verib

Azərbaycan fevralın 22-23-də Bakıda keçiriləcək batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda iştirak edəcək

Fevralın 22-23-də Bakıda keçiriləcək batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku üçün Azərbaycanın heyəti müəyyənləşib.

"Operativ Media" xəbər verir ki, Azərbaycanı turnirdə doqquz idmançı təmsil edəcək. Batutla tullanma üzrə aşağıdakı idmançılar mübarizə aparacaqlar: Selcan Maqsudova, Şəfiqə Hümbətova, Nicat Mirzəyev, Mehdi Əliyev və Əli Niftəliyev. Tamblinqdə Tofiq Əliyev, Adil Hacızadə, Hüseyn Əsədullayev və Aleksey Karataşov qüvvələrini sınayacaqlar. 

Turnirdə ümumilikdə 16 ölkədən idmançılar iştirak edəcək və qələbə uğrunda mübarizə aparacaqlar.

Seçilən
6
operativmedia.az

1Mənbələr