Dünyada ən yaxşı spirtli içki istehsalçısı sayılan Britaniyanın"Diageo"şirkətinin səhmləri də3,6 faiz ucuzlaşıb.Belə ki, ABŞ tariflərinin Meksika tekilasına və Kanada viskisinə təsirini azaltmağa çalışan şirkət orta müddətli üzvi satış üzrə artım hədəfini geri götürüb. Eyni zamanda, "STOXX Europe 600"ün qida və içki indeksi də 0,9 faiz azalıb.
Enerji sahəsinə gəlincə, ABŞ-nin Çin üçün yeni tariflərinin qüvvəyə minməsi nəticəsində xam neftin qiyməti ucuzlaşıb, enerji indeksi 0,8 faiz azalıb.
ABŞ-nin "tarif müharibəsi" çərçivəsində telekommunikasiya sektoru da 0,8 faiz azalma ilə üzləşib. Bu çərçivədə Britaniyanın"Vodafone"telekommunikasiya şirkəti5,6 faiz zərərə uğrayıb.Tarif artımı videooyun bazarına da təsirsiz ötüşməyib. Məsələn, İsveçin"Embracer"videooyun istehsalı şirkətinin səhmləri43,4 faiz ucuzlaşdırıb.
Makron:"Aİ Trampın tarif müharibəsinə reaksiya verəcək" |
Xatırladaq ki, Donald Tramp son günlər Kanada, Meksika və Çindən idxala əlavə rüsumlar qoyulması, tariflərin artırılması ilə əlaqədar verdiyi qərarlarla bütün dünyada etirazlar doğurub. Belə ki, adıçəkilən ölkələrdən əlavə Avropa İttifaqında, habeləABŞ daxilindəonun bu qərarlarına qarşı tədbirlər görülür.
Firudin Həmidli
AzVision.az