Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) sədrinin müavinlərinin sayı artırılır.
İNFOAZ.WS-in xəbərinə görə, bu, Prezident İlham Əliyevin imzaladığı Fərmanla “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Nizamnaməsi”nə edilən dəyişiklikdə əksini tapıb.
Dövlət Agentliyi sədrinin müavinlərinin sayı 2-dən 3-ə qaldırılır.