AZ

Rauf Zeyni Prezidentə müraciət edib

Image

Azərbaycan Respublikasının Prezidenti, 

Müzəffər Ali Baş Komandan,

Zati-Aliləri, cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident!

 Müasir Müstəqil Azərbaycanın inkişafı naminə son illərdə aparılan siyasət və əldə olunan tarixi nailiyyətlər vətəndaş cəmiyyəti və bütövlükdə ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. Sizin Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafına, həmçinin vətəndaş cəmiyyəti nümayəndələrinə, ziyalılara, onların sosial problemlərinin həlli ilə bağlı göstərdiyiniz diqqət və qayğı hər birimizdə böyük ruh yüksəkliyi yaradır.

Azərbaycan Respublikasının Prezidenti olaraq, Sizin xüsusi sərəncamlarınızla ziyalıların, o cümlədən KİV nümayəndələrinin sosial-məişət problemlərinin həlli, həmçinin onların mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı ölkəmizdə son 18 ildə böyük işlər həyata keçirilmişdir. Sizin rəhbərliyinizlə ölkəmizdə bütün sahələrdə aparılan yeni islahatlar da xalq və ictimaiyyət tərəfindən yüksək dəyərləndirir və  Sizə geniş ictimaiyyətimizin xüsusi minnətdarlığını bildiririk.

 Möhtərəm cənab Prezident!

 Sizə təqdimatını etdiyimiz ziyalımız, 1 dekabr 1990-cı ildə Naxçıvan şəhərində Ulu Öndər Heydər Əliyevlə görüşmüş və Tarixi müsahibə almışdır (müsahibə əlavə olunur-https://musavat.com/news/heyder-eliyevin-27-il-once-verdiyi-musahibe-ilk-defe-derc-olunur_490101.html). O, istər ümummilli liderimiz Heydər Əliyevin, istərsə də 2003-cü ildən Sizin tərəfdarınız kimi milli maraqlarımıza xidmət edən siyasətinizi dəstəkləyir, bu siyasətin həyata keçirilməsi üçün QHT sektorunda böyük fədakarlıqlar göstərmişdir. Bu illər ərzindəonun rəhbərlik etdiyi MQF-yə üzv olan yüzlərlə təşkilatlar  milli və dövlətçilik maraqlarını müdafiə etmiş, bu istiqamətdə cəmiyyətdə geniş maarifçilik fəaliyyəti həyata keçirmişdir.

Məlumat üçün bildiririk ki, Zeyni Rauf Xurşud oğlu 1990-cı ildən bu günə qədər müxtəlif sahələrdə çalışmış, Sumqayıt şəhər Xalq Deputatlar Sovetinin deputatı, Sumqayıt şəhər Xalq Deputatlar Sovetinin sədr müavini və rəyasət heyətinin üzvü (1990-1995), Azərbaycan Milli QHT Forumunun(MQF) İdarə Heyətinin üzvü, MQF Diaspora Mərkəzinin təsisçisi və sədri, Diaspora jurnalının təsisçisi və baş redaktoru, Demokratik Seçki Mərkəzinin sədri (1999-2008), Azərbaycan Milli QHT Forumunun prezidenti (2008-2024-cü illər) olaraq dövlətimizin güclənməsi, millətimizin inkişafı, vətəndaş cəmiyyətinin qurulması və tərəqqisi, diasporamızın təşkilatlanması, Azərbaycanhəqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm əhəmiyyətli xidmətlər göstərmişdir. Bu yolda bir fədai olaraq bütün şəxsi imkanlarımı sərf etmişəm. Sizin etimadınızla üç dəfə - 2006, 2011, 2016-cı illərdə Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvü, 2022-ci ildən Qərbi Azərbaycan İcmasının idarə heyətinin üzvü (Qarakilsə rayonu üzrə) seçilmişdir və hal-hazırda bir sıra dövlət qurumlarında vətəndaş cəmiyyətini ləyaqətlə təmsil etmişəm və hal-hazırda da bu fəaliyyətimi davam etdirirəm.

 Möhtərəm cənab Prezident!

 Bu illər ərzində milli və dövlətçilik maraqlarına, azərbaycançılıq məfkurəsinə təmənnasız xidmətetmiş, Sizinapardığınızsiyasikursa daima sadiq olmuşam, ciddi mənzil problemi mövcuddur. Bununla əlaqədar olaraq Zeyni Rauf Xurşud oğlunun ailəsinin sosial vəziyyətinin ağır olduğunu nəzərə almanızı və mənim Bakı şəhərində mənzillə təmin olunmasına dəstək verməyinizi Sizdən xahiş edirik.

Öncədən minnətdarlığımı bildirirəm.

Dərin hörmət və ehtiramla,

Rauf Zeyni

 






Seçilən
10
baki-xeber.com

1Mənbələr