Kəklikotu çayı hamiləlik zamanı ehtiyatla istehlak edilməlidir.
E-saglam.az bildirir ki, kəklikotu tərkibində uçucu yağlar və aktiv maddələr saxlayır ki, bunlar bəzi hallarda uşaqlıq (rahim) sancılarını artıraraq düşük riskini yüksəldə bilər.
Kəklikotu çayının hamiləlikdə mümkün riskləri:
Uşaqlıq sancılarını artıra bilər – Kəklikotu bəzi hallarda uşaqlıq əzələlərinin yığılmasına səbəb ola bilər, bu da erkən doğuş və ya düşük riskini yüksəldə bilər.
Hormonal təsirlər göstərə bilər – Tərkibindəki bəzi maddələr hormonal tarazlığa təsir edərək hamiləliyə mənfi təsir göstərə bilər.
Təzyiqə və qan dövranına təsiri – Kəklikotu bəzi insanlarda qan təzyiqini aşağı sala və ya qanın laxtalanmasına təsir edə bilər.
Hamiləlikdə təhlükəsizdirmi?
Kiçik miqdarda ədviyyat kimi yeməklərə əlavə olunması adətən təhlükəsiz hesab edilir. Ancaq çay və ya konsentrat formasında (yağ, ekstrakt) müntəzəm istehlakı düşük riskini artıra bilər.
Əgər hamiləsinizsə və ya hamilə qalmağı planlaşdırırsınızsa, kəklikotu çayını içməzdən əvvəl mütləq həkiminizlə məsləhətləşin!
Könül Oruc