Yaponiya hökuməti Ukraynaya milli özünümüdafiə qüvvələrinin istifadə etdiyi bütün relyef və kiçik yük maşınlarının yeni partiyasını göndərmək qərarına gəlib.
Herbiand.az bildirir ki, bu barədə jurnalistlərə Yaponiyanın müdafiə naziri Gen Nakatani məlumat verib.
“Biz ümid edirik ki, onlar Ukrayna üçün faydalı olacaq”, - Kyodo agentliyi onun sözlərindən sitat gətirir.
Nakatani qeyd edib ki, Ukrayna tərəfinə 30-a yaxın texnika göndəriləcək: “Fevralın 2-də artıq altı kiçik yük maşını Ukraynaya göndərilib”.
Bəxtiyar CƏFƏRLİ